Главная > Maraqlı > Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə

Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə


Dünən, 17:28. Разместил: admin44

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Belə ki, Boradigah ərazisinin Babaser kəndində şəhid Rəşad Şahbazovun ailəsinə məxsus fərdi yaşayış  evi təmir olunmuşdur. Mahmudavar kəndində  şəhid Siyasət Fərəcov adına küçəyə 300 metr, şəhid İdris Ağayev adına küçəyə 290 metr asfalt örtüyü döşənmişdir. Təzəkənd kəndində şəhid Roman Əliyevin ailəsinə məxsus evə gedən küçəyə 70 metr çınqıl tökülərək hamarlanmışdır. Banbaşı, Sərçuvar və Çaxırlı ərazilərində şəhidlərin şəkili olan lövhələr yenisi ilə əvəz olunmuşdur.

Xıl ərazisində Milli Qəhrəman Elşad Hüseynovun anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun abidəsinin ətrafına çəkilmiş dəmir məhəccərlər rənglənmişdir.

Sığdaş ərazisinin Babaküçə kəndində şəhid Vurğun Əkbərov adına küçəyə gecə işıqlandırma sistemi quraşdırılmışdır.




шаблоны для dle 11.2
Вернуться назад