Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 19:39
- Maraqlı
- 0
- 11

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin sayənizdə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan xalqının dəmir yumruq ətrafında necə bir olduğunu bütün dünya ölkələrinə sübut etdi.
Müharibədən sonra işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri ilə yanaşı bütün bölgələrin abadlaşdırılması ölkəmizin güçünü göstərir. Sizin rəhbərliyinizlə ölkəmiz günü- gündən inkişafa doğru yüksəlir.
Bütün bölgələrlə yanaşı bizim rayonumuz da son illər öz çiçəklənmə dövrünü yaşayır. Rayonumuzda şəhər mərkəzində və kəndlərdə yenidənqurma və abadlıq quruculuq işləri davamlı şəkildə aparılır.
Cənab Prezident, Azərbaycanın dünyada güclü dövlət kimi tanıtdığınıza görə Sizə kəndimizin ziyalıları və ağsaqqalları adından dərin təşəkkürümü bildirirəm.
Ulu Tanrıdan Sizə sağlam ömür, firavanlıq və xoş günlər arzulayıram.
Hörmətlə,
Məmmədov Məmmədrza Ağadadaş oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Öncəqala kəndi





























