• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » KİMƏ GÜVƏNİRSƏN, “DEMOKRAT ŞOUMEN”?

    KİMƏ GÜVƏNİRSƏN, “DEMOKRAT ŞOUMEN”?

     

    KİMƏ GÜVƏNİRSƏN, “DEMOKRAT ŞOUMEN”?

    Sözüm sənədir, ey qanı qanımızdan, canı canımızdan olan “həmvətən”! Nə etdiyini, kimin xidmətində durduğunu özü də əməlli-başlı anlamayan (bəlkə də anlayan), kimlərinsə qarşısında “öhdəlik” götürən “demokrat”! Doğmalarına qarşı qəddarlaşan, az qala bizim necə nəfəs almağımıza qədər göz qoymağa tapşırıq almış zavallı başgirləyən!
    Göyün hansı qatından, yerin hansı layından tapırsan Vətənə qarşı bu qara niyyəti? Bəlkə bu ikrah hissini (və ya “qonorar”ı) Avropanın xüsusi “ödənişli kart”ları vasitəsilə beyninə (cibinə) yükləyirsən? Cilovun hələ də demokratiya beşiyi hesab etdiyin xarici məssəblərin əlindədir ki, səni öz sərfinə istədiyi tərəfə çapdırır.
    Səni vuran əlindən, təpərli dizindən, düşünən beynindən ayıranlar elə ayırıb ki, bir-birinizə, hətta doğmalara elə yadlaşdırıb ki, hamını “çeynəyib-didmək” istəyirsən. Hər seçki ərəfəsində qarışıqlıq salmaq, şou düzəldib suyu bulandırmaq şakərindir. Ata üzünə ağ olub, qardaşa badalaq vurub, dost-tanışa “torba tikmək”dən də (doğmalarını “zaloq” qoyub qaçmaqdan) çəkinmirsən. Beləsi kiçik bir vəzifədən (pul-paradan) ötrü duz-çörəyi də tapdalar, lap Allaha da asi olar.
    Düşün, daşın! Bu gün təngə gətirdiyini, “arxadan vurmaq” istədiyini sabah hansı üzlə qarşılayacaqsan? Nə üçün özünü gözdən salıb ömrünü, yaşayışıını zay keyfiyyətlərlə cırlaşdırırsan? Nə qədər ki, üzünü Avropa, ABŞ qibləgahına tutacaqsan, belə olacaq. Heysiyyatımıza toxunmaq istəyənin marağını qorumaq cəhdindən əl çəkməyincə “müvazinətin tarazlaşmayacaq”. Unutma ki, “tutduğunu buraxmayan kor”un çanağı odda yanar.
    Nə vaxtacan dindaşlarına “qan tökən şərqli”, “terrorist islamçı” damğasını yapışdırmağa çalışanların “səmimiliyi”nə inanacaqsan? Nə vaxtadək artıq iç üzü ifşa olunmuş, az qala büsbütün dünyanı irqçi siyasətilə islah etməyə can atan “sülhməramlı”lara güvənəcəksən? Haçanacan Qarabağ həqiqətinə göz yuman, ikili standartlarla işləyən beynəlxalq təşkilatlara “giley-güzar” edəcəksən? Ola bilsin ki, üzünə hırıldayıb öz mənafeyini güdənlər səni “muştuluq”lasın (sığınacaq versin). Ola bilsin ki, illərdən bəri qaçqın həyatı yaşayan milyonların haqq səsinə hay verməyən “qara-ağ dərili aləm” sənin kimilərə “ürək yandırsın”.
    “Qara piar”çıların (satqınların) əlçatmaz arzusu qısa müddət ərzində regional və beynəlxalq arenada öz mövqeyilə seçilən ölkəmizin inkişafını əngəlləməkdir. Farslar demişkən, çifayda. Çünki reallıq hissini itirmiş bəzi xarici dövlət departamentinin sabiq əməkdaşları, səfirlər və dırnaqarası ekspertlərin Azərbaycana qarşı qərəzli bəyanatları ABŞ və Avropanın rəsmi dairələri və ictimaiyyəti tərəfindən ciddi qarşılanmır.
    Çirkin bir oyuna düşdüyünü, bağışlanmaz səhvə yol verdiyini yaxşı bilirsən. Bəs onda nə üçün xalqın adından danışmağa can atırsan? Papağını (əgər varsa) qabağına qoyub fikirləş! Buna sənin mənəvi haqqın çatır, ya yox? Başına gələn tarixi öyrənməyə və bununla da lazımi dərs almağa cəhd etməyən, saxta, qərəzli, düşmənə xidmət məqsədli ideya “təbliğatçısı” nə sözünun ağası (kişisi) olar, nə də ocağının – Vətəninin sahibi.

    Akif AĞAYEV,
    Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ