Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu

Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu


Dünən, 22:16. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonda gedən abadlıq-quruculuq işlərini daim diqqətdə saxlayır və görülmüş işlərlə mütəmadi olaraq yerində tanış olur.

Belə ki, 16 iyul 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Aşurlu kəndində keçirilən vətəndaşların səyyar-görüş qəbulundan sonra ərazidə dəfn olunmuş şəhidlərin məzarını ziyarət etmiş və Dəmirçi kəndində şəhid məzarını ziyarət etdikdən sonra Dəmirçi kənd məscidində aparılmış əsaslı təmir və bərpa işləri ilə yerində tanış olmuşdur.

Rayon rəhbərinə Masallı rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva və din xadimləri məsciddə aparılmış əsaslı təmir və bərpa işləri barədə geniş məlumat vermişlər.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bu cür xeyriyyə aksiyalarının, təmir-bərpa işlərinin rayonumuzda ənənə halını aldığını qeyd edərək bütün bu kimi görülmüş işlərdə zəhməti olanların hər birinə minnətdarlığını bildirmişdir.










шаблоны для dle 11.2
Вернуться назад