Главная > Siyasət / Manşet > Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır
Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılırDünən, 16:47. Разместил: admin44 |
![]() Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusi ilə çayların lildən təmizlənməsi, əkin sahələrinin suvarılmasından ötrü su kanallarının bərpası işləri görülmüşdür. Belə ki, 17 iyul 2025-ci tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, ərazi nümayəndəliyi və bələdiyyə rayonun Boradigah qəsəbəsində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən çayın və suaparıcı kanalların təmizlənməsi işləri ilə yerində tanış olmuşlar. Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdiri Akif Həmidov rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir. ![]() ![]() Вернуться назад |