Главная > Siyasət > Boradigah qəsəbəsində şəhid İbrahim Rükabzadə adına küçəyə asfalt örtüyü döşənmişdir
Boradigah qəsəbəsində şəhid İbrahim Rükabzadə adına küçəyə asfalt örtüyü döşənmişdir8-10-2025, 20:33. Разместил: admin44 |
Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər aparılır. Rayonun bütün ərazilərində şəhid adına olan küçələr Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəli şəkildə asfaltlanır. Belə ki, rayonun Boradigah qəsəbəsində bələdiyyə və xeyriyyəçilərin maddi dəstəyi ilə şəhid İbrahim Rükabzadə adına olan küçəyə 220 metr məsafədə asfalt örtüyü döşənmişdir. 08 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov, ərazi nümayəndəsi və bələdiyyə sədri asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişlər. 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov rayon rəhbərinə yolda aparılan işlərlə bağlı geniş məlumat vermişdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Вернуться назад |