Rayonun Boradigah qəsəbəsində yollar cari və əsaslı təmir olunur
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.Bu məqsədlə rayonun Boradigah qəsəbəsində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və qəsəbə xeyriyyəçilərinin dəstəyi ilə 47 saylı Yol İstismarı MMC tərəfindən bir sıra küçələrdə cari və əsaslı təmir işləri aparılır.
Qəsəbənin yol infrasturkturunda gedən təmir işlərinə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının birinci müavini Tohid Hüseynov və 47 saylı Yol İstismarı MMC-nin direktoru Mahmud Bağırov iş icraçıları ilə birlikdə baxış keçirmişlər.



































