Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu

    Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu


    İlk öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında yerləşən  Ulu Öndərin abidəsini ziyarət etmişdir.

    Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan “Tarixə həsr olunmuş ömür: Anar İsgəndərov – 70” adlı yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

    Tədbirin aparıcısı, Masallı Rayon Güllütəpə kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rövşən Muxtarov Azərbaycan Respublikasının Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, “YAŞAT Fondu” Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə Ekspert Şurasının sədri, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi münasibətilə təşkil edilmiş “Tarixə həsr olunmuş ömür” adlı təntənəli tədbirdə hər kəsi salamlayaraq bildirdi ki, bu gün biz bir ömrün mənalı yoluna nəzər salır, Azərbaycan elminə, tarixinə və ictimai-siyasi həyatına həsr olunmuş zəngin və məhsuldar fəaliyyəti böyük ehtiramla qeyd edirik.

    Tədbirin davamında millət vəkili, görkəmli alim, professor Anar İsgəndərovun 70 illik ömür yolunun əsas məqamları, onun elmi-pedaqoji fəaliyyəti, ictimai-siyasi mövqeyi və Azərbaycan dövlətçiliyinə verdiyi dəyərli töhfələr əks olunmuş videoçarx nümayiş olundu.

    Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubliyarı təbrik edərək bildirdi ki, bu gün yalnız bir yubileyi deyil, eyni zamanda Azərbaycan elminə, təhsilinə və ictimai-siyasi həyatına həsr olunmuş mənalı və zəngin bir ömür yolunu qeyd edirik. Bu əlamətdar yubiley təkcə Anar müəllimin şəxsi ömür yolunun mühüm mərhələsi deyil, eyni zamanda Azərbaycan tarix elmi, milli düşüncə və ictimai fikir üçün də əlamətdar bir hadisədir. Xüsusilə qeyd etmək istərdim ki, Anar İsgəndərov Azərbaycan tarixinin mürəkkəb və taleyüklü dövrlərinin araşdırılmasında, milli yaddaşın qorunması və gənc nəslə düzgün şəkildə ötürülməsində prinsipial mövqe nümayiş etdirmişdir. Bu fəaliyyət ölkəmizdə elmin və milli ideologiyanın inkişafına mühüm töhfədir.20 monoqrafiya, 8 dərs vəsaiti və 350-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur. Anar İsgəndərovun ölkə xaricində apardığı elmi və ictimai fəaliyyət Azərbaycan tarixinin, milli kimliyimizin və dövlətçilik maraqlarımızın beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən əhəmiyyətli ziyalı missiyasıdır.O, 2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş "Realites of Azerbaijan: 1917–1920" əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.

    Daha sonra millət vəkilləri, Fəzail İbrahimli, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, tarix elmləri doktoru, professor Şikar Qasımov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid Nurlan və İntiqam Əsgərlilərin anası Ziba Əsgərli, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev Anar İsgəndərovun ictimai-siyasi fəaliyyəti, parlamentdəki səmərəli işi, dövlətçiliyimizə verdiyi töhfələr, elmi mövqeyi və ictimai fəaliyyəti haqqında geniş məlumat verərək yubliyara möhkəm can sağlığı və fəaliyyətində yeni nailiyyətlər arzuladılar.

    Yekun olaraq söz yubilyar, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərova verilib. O, tədbirin təşkilinə görə rayon rəhbərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, Masallı rayonunda anadan olması, bu torpağın mənəvi dəyərləri ilə böyüməsi ilə fəxr edir.

    Sonda Masallı rayonunun ictimai-siyasi və elmi həyatında uzunmüddətli, səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə İcra Hakimiyyəti Başçısının 28 yanvar 2026-cı il tarixli, müvafiq Sərəncamı ilə təltif olunmuş İsgəndərov Anar Camal oğluna rayon rəhbəri tərəfindən Fəxri Fərman, həmçinin  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən Fəxri Fərman və hədiyyə təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.

















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ