TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Masallı Rayon Mərkəzi Xəstəxanasında bu il Masallı rayonundan Azərbaycan Tibb Unversitetinə qəbul olmuş tələbələrlə görüş keçirilib. Tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu çıxış edərək tələbə adı qazanmış gəncləri təbrik edib.
Gələcəyin həkimlərinə vətəninə, millətinə vicdanla xidmət etməyi ,valideynlərinə xeyirli övlad olmağı arzu edib. Bundan başqa Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu TƏBİB tabeliyindəki tibb müəssisələrində çox sayda tibb işçilərinə şamil olunan əmək haqqı artımı barədə ətraflı məlumat verib.
Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirib.

































