• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Çayqıraq kəndində şəhidlər abidəsi istifadəyə verilib

    Masallının Çayqıraq kəndində şəhidlər abidəsi istifadəyə verilib

    Masallının Çayqıraq kəndində şəhidlər abidəsi istifadəyə verilib

    Masallı rayonunun Çayqıraq kəndində, kənd ümumi orta məktəbinin qarşısında Birinci Qarabağ və Vətən müharibəsi döyüşlərində şəhid olmuş kənd sakinlərinin xatirəsinə inşa edilən Şəhidlər abidəsinin açılışı olub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri Arzu Bağırova hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət və media nümayəndələri, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla anıblar.
    Abidəyə 1941-45-ci illər Böyük Vətən müharibəsinin 29 nəfərinin, Birinci Qarabağ döyüşlərinin 2 iştirakçısının və 1 Vətən müharibəsinin ad və soyadları həkk olunub.
    Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
    Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov, kənd sakinləri və başqaları Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd olunub ki, şanlı Zəfər tarixini yazan Vətən igidləri hər zaman, əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.
    Sakinlər şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına öz minnətdarlıqlarını bildiriblər.
     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıblar
    2. 19:54 Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub
    3. 15:42 Masallılı güləşçi dünya ikincisi oldu
    4. 12:53 Masallıda Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir
    5. 12:38 Azərbaycan iqtisadiyyatının inkişafı
    6. 12:37 Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir
    7. 16:42 Enerji təhlükəsizliyinin təmin olunması
    8. 16:41 İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür
    9. 16:01 Masallının Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi yaradılır
    10. 21:17 Masallıda 22 İyul – Milli Mətbuat Günü
    11. 18:41 Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi"
    12. 18:25 Masallıda Qurban payları paylanılıb
    13. 20:30 Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşüb
    14. 15:53 Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
    15. 20:47 Şuşada vəhdət və birlik əks olunur
    16. 14:20 "MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR"
    17. 10:54 Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    18. 20:58 Masallıda uşaqlar üçün ustad dərsləri təşkil edilib
    19. 07:56 Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    20. 17:23 Masallı pəhləvanları Respublika turnirinin qalibidir
    21. 16:24 Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqlar
    22. 16:20 Qoşulmama hərəkatı
    23. 16:06 Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur
    24. 12:21 Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub
    25. 23:13 MÖCÜZƏ ALƏMİNİN BAL ƏTRİ…
    26. 21:25 Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib
    27. 15:57 Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
    28. 15:45 Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub
    29. 22:22 “QƏHRƏMANLIQ QALASI”
    30. 18:26 Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı təqdim olunub
    31. 17:55 Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşıb
    32. 18:06 Masallıda tütün yığımına başlanılıb
    33. 17:57 Masallıda indiyədək 39 min tondan çox tərəvəz istehsal olunub
    34. 17:50 Azərbaycanda Qurban bayramının qeyd edilməsi
    35. 20:58 Masallıda Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib
    36. 21:00 Masallıda şənlik mərasimində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub
    37. 19:36 Masallıda “Qəhrəmanlarımızı tanıdaq” layihəsi davam edir
    38. 20:54 Masallı şəhərində və Ərkivan qəsəbəsində uşaq bağçalarının tikintisi sürətlənir
    39. 20:45 Masallıda Vətən Müharibəsi Qəhrəmanı medalı şəhidin ailəsinə təqdim olunub
    40. 12:25 Yeni münasibətlərin formalaşmasına səbəb olacaq iqtisadi amillər
    «    İyul 2021    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ