• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan dilini qoruyaq

    Azərbaycan dilini qoruyaq


    Biganəlikdən əl çəkək, təəssübkeş olaq
    Xalqı yaşadan, tanıdan, məğrurluğuna, müdrikliyinə aydınlıq gətirən onun dilidir. Bu dilin orfoqrafiya lüğəti zənginliyini, sözlərin düzgün tələffüsü və yazılışını özündə ehtiva edən hər bir vətəndaşın istinad və istifadə edə biləcəyi mənbədir. 1929-cu ildə çap olunan Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti 1940, 1960, 1975-ci illərdə də işıq üzü görmüş, nəşrdən-nəşrə təkmilləşib zənginləşərək önəmini artırmışdır.

    Azərbaycan dilinin 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğəti özündən əvvəlki lüğətdən zənginliyinə görə fərqlənir. Əgər sonuncu lüğətdə 110 min söz vardısa, əvvəlkində 80 min olub. Bu da onu göstərir ki, dünyadakı  elmi-texniki nailiyyətlər  lüğətlərin söz fonduna da təsir göstərir.

    Lakin bu o demək deyil ki, danışanda dilimizi yad, gəlmə sözlərlə korlayaq. Hələ radio, televiziya, qəzet və jurnallarda dilimizə xələl gətirən söhbətlər, yazılardakı orfoqrafiyanı gözləməyən sözləri demirik.

    Həmişə dilimiz haqqında fikirləşəndə, adamların danışığındakı yad sözləri eşidəndə müdriklərin kəlamlarını xatırlayıram.

    Ulu Öndər Heydər Əliyev dilin müqəddəsliyini gündəmə gətirirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir”.

    Dərin məna kəsb edən deyimdir. On illərlə tribunalardan rus dilində danışsa da doğma Azərbaycan dilində danışarkən nitqində bir kəlmə yad söz işlənməzdi. Müstəqillik dövründə  Azərbaycan dilinin inkişafından bəhs edən Ulu rəhbər deyirdi: Ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni  güzgüsüdür.

    “ Azərbaycan dilində saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın doğma dilinə qayğısının təzahürüdür.
    2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi günlərində ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev onlarca xarici jurnalistə müsahibə verərkən dilində bir yad, fondumuzda olmayan söz çıxmadı. Sonrakı müsahibə və söhbətləri zamanında da dilimizin incəliklərini qorudu.
         
    Ancaq küçədə söhbət edən iki gəncin dilini heç başa düşmək olmur. Ömründə ayağı Rusiya torpağına dəyməyən gəncin dilindən bravo, postayannı, toçnı, uje, daje, tak şto, privet sözlərini eşidəndə təəccüblənməyə bilmirsən.
    Bəradər, madər, araba (maşın) və nə bilim daha hansı sözlər Azərbaycan dilinin leksikonunu  korlamaqdadır.

    Bu gün xalqımızın  lüğət fonduna yeni sözlər daxil olur. Amma həmin sözlər elmi-texniki ya da siyasi əhəmiyyət daşımasından qaynaqlanır.
    Son vaxtlar televiziyada reklam xarakterli kadrlarda plov sözü aş sözü ilə əvəzlənib. Bu, milli yeməklərin adlarının təhrif  və təhqiri deməkdir. Plov, necə deyərlər, lap xalis Azərbaycan sözüdür, xalqımızın ən qədim, əziz və ləziz yeməklərindəndir. Düzdür, bəzi bölgələrdə plovu aş kimi təqdim edirlər.

    Aş isə növbənöv olur: ayran aşı (dovğa), südlü aş, mərcimək aşı, lobyalı, turşulu aş və s. Radio, televiziya, mətbu orqanlarında Azərbaycanın ədəbi dilinə riayət olunmalıdır. Bu, hamımızın vətənpərvərlik borcudur.

    Dövlətimiz də ana dilimizin saflığı, zənginliyinə mütəmadi qayğı göstərir.
    Dövlət fərman verirsə onun icrasını biz həyata keçirməliyik. Dil haqqında mükəmməl “Xalq dili, dil xalqı yaşadır” deyimi vardır. Azərbaycanın dövlət dili xalqının varlığının rəmzidir. Odur ki, bu dili yaşadaq, onun saflığını qoruyaq. Axı bu dildə analarımız beşiyimizin başında lay-lay çalaraq sağlamlığımıza, sakitliyimizə, gələcək xoşbəxtliyimizə rəvac veriblər. İnanmıram ki, dünyanın heç bir xalqının “lay-lay”sı bizim lay-lay qədər kövrək, həzin, sevg-məhəbbət dolu, vətənpərvərlik ritmi kimi şirin olsun.




    Südabə MƏMMƏDOVA,
    AJB-nin üzvü.




    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    2. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    3. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    5. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    6. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    8. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    9. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    10. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    11. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    12. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    13. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    14. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    15. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    16. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    17. 23:30 22 iyul Milli Mətbuat günü
    18. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    19. 23:00 22 iyul Milli Mətbuat Günü 
    20. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    21. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    22. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    23. 11:06 Azərbaycan mətbuatı – 150
    24. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    25. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    26. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    27. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    28. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    29. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    31. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    32. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    33. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    34. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    35. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    36. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    37. 16:08 Masallıda taxıl biçini başa çatdı
    38. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    39. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    40. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ