• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri
     
    Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi.
     
    Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub.
     
    Diqqətə çatdırıldı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bütün ölkəmizi gəzdi. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşdi. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb oldu.
    Vurğulandı ki, yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə bütöv halında, bir festival meydançasında tanış olmaq imkanı yaratdı.
     
    Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
    Əbülfəs Qarayev festivalın işinin təşkilinə verdiyi dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova nazirliyin fəxri fərmanlarını təqdim etdi.
    Regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını nazir müavini Rafiq Bayramov təqdim etdi.
    “Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı nümayiş olundu.
    Daha sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya Kompleksində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldular.
     
    Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) start verilmişdi. Festival iyunun 26-da Lənkəranda, iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib. Layihənin son üç tədbiri 3 avqustda Qusarda (Xaçmaz Regional Mədəniyyət İdarəsi), 4 avqustda Sumqayıtda, avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub. Festivalın tədbirlərində nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    2. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    3. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    4. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    6. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    7. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    8. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    9. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    10. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    11. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    12. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    13. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    14. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    15. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    16. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    17. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    18. 23:30 22 iyul Milli Mətbuat günü
    19. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    20. 23:00 22 iyul Milli Mətbuat Günü 
    21. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    22. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    23. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    24. 11:06 Azərbaycan mətbuatı – 150
    25. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    26. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    27. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    28. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    29. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    30. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    32. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    33. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    34. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    35. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    36. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    37. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    38. 16:08 Masallıda taxıl biçini başa çatdı
    39. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    40. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ