Şəhid Əli Quliyevin anım mərasimi
Masallı rayonunun Kolatan kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Əli Turac oğlu Quliyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, ağsaqqallar, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və jurnalistlər iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Əli Turac oğlu Quliyevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsi şəhidi Əli Turac oğlu Quliyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az