• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub

    Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub

    Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.
    Əvvəlcə dövlətimizin başçısı “Ağ Şəhər-2” yarımstansiyasının açılışını etdi.
    “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, “Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə tə0chiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. “Ağ Şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 kilovoltluq 100 meqavoltamper gücündə “Ağ Şəhər-2” yarımstansiyasının inşası yekunlaşıb.
    Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bütün yeni inşa olunan qapalı tipli yarımstansiyaları kimi, “Ağ Şəhər-2” yarımstansiyasının da memarlıq görünüşü, texniki və texnoloji sahələri xüsusi layihə əsasında yaradılıb. Yarımstansiyada ehtiyat nəzərə alınmaqla 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, hər biri 50 meqavoltamper gücündə iki transformator var. Azərbaycanda ilk dəfə məhz “Ağ Şəhər-2” yarımstansiyasında yanğından mühafizə məqsədilə yağın transformatorlardan təcrid edilməsi və yanğının anındaca qarşısının alınması üçün avtomatik rejimdə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisi inşa olunub. Xüsusi dispetçer idarəetmə mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarəolunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. “Ağ Şəhər-2” yarımstansiyasının qidalandırılması üçün “Ağ Şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu energetika qurğusunu digər 110 kilovoltluq yarımstansiyalardan fərqləndirən əsas texnoloji fərqi odur ki, 110 kilovoltluq bölmə ABB şirkətinin istehsalı olan eleqaz izolyasiyalı qapalı tipli yuvalardan, ayırıcılardan ibarətdir. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya oluna bilir.
    “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.
    Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə saldı.
    Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.
    Qeyd edək ki, Bakıxanov qəsəbəsinin istehlakçıları və onların tələbatı 30 il müddətində 10 dəfələrlə artıb. Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsinin bu yarımstansiyadan qidalanması onun yenidən qurulmasını günün tələbinə çevirmişdi. Odur ki, yarımstansiya yenidən qurulmaqla yanaşı, onun mövcud 35 kilovoltluq elektrik şəbəkələri ilə əlaqələnmə sxemi daha dayanıqlı və etibarlı vəziyyətə gətirilib. Beləliklə, yeni “Bakıxanov” yarımstansiyası hazırda elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq əhali və qeyri-əhali abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malikdir.
    X X X
    Sonra Birinci Fəvvarələr küçəsinin açılışı oldu.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından yol geyiminin əsası inşa olunub. Ümumilikdə, 2018-ci ildə 550 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzində 400 min kubmetr yararlı karxana materiallarından istifadə edilib. “Bakı Ağ Şəhər”in ərazisində layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ 240 ağac əkilib.
    Sonra Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
    “Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində digər küçələrdə olduğu kimi, avtodayanacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınıb. Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri – çirkab və yağış suları kollektorları, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilib. Küçənin adı səkilərdə daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib.
    X X X
    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış oldular.
    “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına məlumat verdi ki, təməli 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Fəvvarələr Meydanı Parkı piyada keçidi və 800 yerlik ictimai parkinq kompleksinin bir hissəsidir. Tikintisi əsasən başa çatmış Fəvvarələr Meydanı kvartalının mərkəzində yerləşən parkda geniş istirahət zonaları, üç fəvvarə kompleksi, uşaqların təhlükəsiz əyləncəsi üçün geniş meydança, gözəl landşaft dizaynı mövcuddur. “Bakı Ağ Şəhər”in hər bir guşəsində olduğu kimi, burada da klassika, müasirlik və qarışıq üslub, müxtəlif nou-haular, hay-teklər, tikinti materiallarının incə zövqlə seçimi, özünəməxsus memarlıq elementləri, ritmiklik, zəriflik, funksionallıq, konstruktivlik, elmi-texniki yeniliklərin tətbiqi, hər addımda nəfis ideyalar və bir-birindən üstün çalarların yer alması özünü qabarıq göstərir. Parkın bəzi hissələri “Qara Şəhər”in keçmiş tikililərindən qalma daşlarla döşənib. Parkda “Ağ Şəhər” layihəsi və ərazinin tarixi olan “Qara Şəhər” haqda məlumatlandırıcı lövhələr, küçə saatı, termometr, xatirə medalyonu quraşdırılıb. Burada 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Daşın nəğməsi" üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində təqdim edilmiş heykəl qoyulub. Fəvvarələr Meydanı Parkı və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən körpü vasitəsilə birbaşa Ağ Şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxa biləcəklər. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə metronun “Ağ Şəhər” stansiyasına rahat gediş-gəliş əldə edəcəklər. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda “Baku City Mall” alış-veriş mərkəzinə, şimalda Fəvvarələr Meydanının mərkəzinə, Birinci Fəvvarələr küçəsinə, körpünün alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq.
    Sonra dövlətimizin başçısına ötən illərdə “Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verildi.
    Qeyd olundu ki, “Bakı Ağ Şəhər” layihəsi ərazisində Xəzər dənizindən 25 metr hündürlükdə yerləşən Park rayonunda da inşaat işləri davam edir. Burada tikilən iyirmimərtəbəli yaşayış binalarının hündür podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları olacaq. Hazırda burada tikinti, quruculuq və abadlıq işləri aparılır. Nizami parkının yaxınlığında bu rayonda “Knightsbridge (Naytsbric) Residence” kompleksinin tikintisi davam edir. Bu kompleksdə yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi planlaşdırılıb. Park rayonunun sakinlərə təhvili 2019-cu ilin sonunda gözlənilir.
    Babək prospektindən başlayan yeni Mərkəzi Şərq küçəsi Babək kvartalını iki hissəyə bölür. Eni 37, uzunluğu 470 metr olan Mərkəzi Şərq küçəsində yerləşəcək yeni Qarabağ Atları Meydanının layihəsi hazırdır. Kvartalın mərkəzinə çevriləcək meydanda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılacaq, burada mağazalar, kafelər və mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq.
    2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı çərçivəsində layihənin qərbində yerləşən 26,7 hektar xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu “Ağ Şəhər” layihəsi ilə uzlaşdırılıb və müfəssəl planı hazırlanıb. Bununla yanaşı, inşa olunacaq çoxsaylı bina, yol, park, məktəb, servis obyektləri, digər ərazi-planlaşdırma və infrastruktur işlərinin layihələndirilməsi də yerinə yetirilərək cari ildə nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb. Ərazisi 7800 kvadratmetr olan Zaman meydanı şimal tərəfdən gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunacaq. Metronun “Ağ Şəhər” stansiyasının çıxışlarından biri burada yerləşir. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.
    X X X
    Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoydular.
    Təməlqoyma mərasimindən sonra xatirə şəkili çəkdirildi.
    “Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
     

     

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:45 Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
    2. 17:42 Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib
    3. 17:18 2019-cu il “Nəsimi ili” elan edildi
    4. 17:16 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    5. 14:26 YAP Masallı rayon təşkilatında 2018-ci ilin yekunlarına dair tədbir keçirilib
    6. 15:07 Masallı gənclərinin orduya yola salınma mərasimi keçirilib
    7. 14:29 Masallıda “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinə start verilib
    8. 14:54 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:02 Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri
    10. 11:21 Masallıda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilir
    11. 21:51 Masallılı futbolçu və məşqçilər ilin ən yaxşıları sırasında
    12. 12:23 Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib
    13. 16:12 Masallı şəhər “Viləş” uşaq bağçasında Həmrəylik Günü və Yeni il şənliyi
    14. 19:20 Bəhruz Mirzəyev ilin ən yaxşı idmançısı adına layiq görüldü
    15. 17:56 Prezident FHN-nin idman-sağlamlıq mərkəzinin açılışında iştirak edib
    16. 20:53 Masallılı paralimpiyaçının yeni qələbəsi
    17. 13:56 Masallı məktəblilərinin “Həmrəylik və Yeni il sevincləri”
    18. 18:11 Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib
    19. 15:19 Pezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib
    20. 16:29 Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub
    21. 16:18 Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilib
    22. 15:19 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib
    23. 14:37 Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu
    24. 14:19 Vladimir Putin İlham Əliyevə telefonla zəng edib
    25. 14:28 “Masallılar.az” saytının təqdimatı
    26. 13:32 Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib
    27. 19:03 Masallıda “Sağlam həyat naminə narkotikə yox deyək” maarifləndirmə tədbiri
    28. 18:28 Masallıda “Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayevin anım mərasimi
    29. 14:59 Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
    30. 13:54 “Facebook”un baş mühəndisi Masallıdandır
    31. 21:19 Masallıda “Azərbaycan peyzaj rəngkarlığı” mövzusunda mühazirə keçirilib
    32. 19:45 ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Masallıda
    33. 18:10 Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb
    34. 21:05 Masallı məktəbliləri voleybol üzrə respublika çempionatının finalına vəsiqə qazanıblar
    35. 21:36 Masallılı idman mütəxəssisinə fəxri ad verildi
    36. 19:06 Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
    37. 19:01 Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
    38. 17:16 Masallıda ulu öndərin anım gününə həsr olunmuş konfrans
    39. 14:52 Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    40. 14:37 Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər   Qızılağac və Masallının digər kəndləri   Azərbaycana gələn turistlər maraqlı Ətraflı oxu
    Bütün xəbərlər
    «    Yanvar 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ