• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qalib Azərbaycan ordusunun Silahlı Qüvvələr Günü.

    Qalib Azərbaycan ordusunun Silahlı Qüvvələr Günü.


    26  ilun  Silahlı  Qüvvələr  Günü. Necə də qürür dolu ,fərəh dolu səslənir.

    SİLAHLI QÜVVƏLƏR GÜNÜ!

    Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!

    Vətənə sadiq Azərbaycan ordusu!

    Bütün hərbi hissələrdə böyük ruh yüksəkliyi ilə xidmət edən Azərbaycan əsgərininn vətənpərvərlik  hissləri çox yüksəkdir,möhkəmdir.Azərbaycan əsgəri hər yerdədir.Quruda ,havada, dənizdə.Vətən qarşısında borclarının şərəf və vicdanla yerinə yetirən Azərbaycan ordusunun hərbiçiləri.Vətənin hər bir çağırışına  hər an hazır olan Azərbaycan ordusu.Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini,vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübüt etdi.Müstəqilliyi əbədi,dönməz olan Azərbaycan  Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü ordular sırasında yer almaqla eyni zamanda regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır.

    Hərb tariximizin şanlı səhifələrindən sayılan ,şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaranan milli ordu quruçuluğumuzun 104 illiyi təntənə ilə qeyd olunur.Bu qürur verici günü qalib ölkənin qalib  Vətəndaşı kimi qeyd etmək böyük fəxarət və şərəf  hissi nəsib edir insana.

    Müzəffər  Ali Baş Komandanın rəhbərliyi  altında Ermənistan silahlı birləşmələrinin  təxribatlarına  qarşı başlayan əks hücüm əməliyyatları 44 günlük Vətən müharibəsində  rəşadətdi Azərbaycan ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.İşğal tarixinin önünü boş qoymayaraq  ZƏFƏR tarixi yazan Azərbaycan ordusu! 44 günlük bir dastan yazıldı.O dastan ki əsrlər boyu davam edəcək.
    “Şəhidlərin qanı yerdə qalmayacaq” dedilər. Dedikləri kimi də oldu, biz qələbə çaldıq. Biz öz ərazilərimizi, yurdumuzu yenidən qazandıq. Bu yolda öz həyatlarına, ailələrinə, övladlarına rəğmən döyüşən oğullarımız oldu. O oğullar ki, onlar əbədiyyən yaşayacaq bizimlə. Onlar Cənnətdən bizə baxıb, xoşbəxt olurlar. Onlar Vətən qarşısında öz vəzifələrini yerinə yetirib, Qarabağı azad etdilər. Bunun üçün onların ruhu şaddır.
    Və bu gün bayrağımız Şərəflə mavi səmalara ucalıb.İllərin həsrətini dindirmək istəyirmişcəsinə  məğrur-məğrur dalğalanır.Böyük qürur və sevinc hissi ilə işğaldan azad olunmuş tarixi torpaqlarımızda  üç rəngli bayrağımızın  dalğalanmasını izləyirik.
    Zamanın sınağından  keçdikcə bütünləşən ,möhkəmlənən Azərbaycan!
    Parlaq  gələcəyə pəncərə açan çiçəklənən Azərbaycan!
    Qüdrətlənən Azərbaycan!

    Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır.Azərbaycanın tarixi nailiyyətlər qazanaraq  dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara,dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.

    Və bu bayram günündə Azərbaycanın suverenliyin,müstəqilliyinin qorunması və ərazi bötüvlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edirik.Torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən oğullarımızın  bütün hərbiçilərimizi 26 ilun Silahlı Quvvələr Günü münasibəti ilə təbrik edirəm.



    Dilarə Məmməd qızı Hüseynova,
    YAP Masallı Rayon Təşkilatının fəal üzvü.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    2. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    3. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    5. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    6. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    7. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    8. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    9. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    10. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    11. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    12. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    13. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    14. 23:30 22 iyul Milli Mətbuat günü
    15. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    16. 23:00 22 iyul Milli Mətbuat Günü 
    17. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    18. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    19. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    20. 11:06 Azərbaycan mətbuatı – 150
    21. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    22. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    23. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    24. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    25. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    26. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    28. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    29. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    30. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    31. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    32. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    33. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    34. 16:08 Masallıda taxıl biçini başa çatdı
    35. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    36. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    37. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    38. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    39. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    40. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ